“Liverpul”da Kloppla bağlı qərar verildi
01.11.2022 - 15:04
“Liverpul”da Kloppla bağlı qərar verildi

“Liverpul” baş məşqçisi Yurgen Kloppla bağlı qərarını verib.

Apasport.az saytının məlumatına görə, Premyer Liqadakı uğursuz starta baxmayaraq, “qırmızılar” almaniyalı mütəxəssisi güvənməkdə davam edəcək.

Klopp özü də komandadan ayrılmaq barədə düşünmür. Klub qış və yay fasilələrində bir neçə transferlə heyəti gücləndirməyi planlaşdırır. Komanda Premyer Liqada 12 turdan sonar 16 xalla 9-cu pillədə qərarlaşır.

Qeyd edək ki, Yurgen Klopp 2015-ci ildən “Liverpul”u çalışdırır. Almaniyalı mütəxəssisin müqaviləsi 2026-cı ilə qədərdir.

writer photo
Əlirza Əlirzalı
0