“Liverpul”dan 120 milyon avro
13.12.2022 - 09:29
Argentina millisinin və “Benfika”nın futbolçusu Entso Fernandes “Liverpul”un hədəfindədir.
Apasport.az saytının məlumatına görə, İngiltərə klubu yarımmüdafiəçinin transferi üçün 120 milyon avro ödəməyə razıdır.
Bu, 21 yaşlı cənubi amerikalının müqaviləsində əks olunan sərbəstqalma məbləğidir. Entso “Benfika”nın heyətində cari mövsümün 22 matçında 3 qol və 3 assistə imza atıb.
Qeyd edək ki, Fernandes DÇ-2022-də keçirdiyi 5 görüşdə 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
0
0