“Liverpul”dan Karvalyo qərarı
14.12.2023 - 17:05
“Liverpul”dan Karvalyo qərarı

“Liverpul” futbolçusu Fabio Karvalyonu geri qaytarmağa qərar verib.

Apasport.az xəbər verir ki, İngiltərə klubu yarımmüdafiəçinin “Leypsiq”dəki icarəsinin vaxtından əvvəl bitməsini istəyir.

21 yaşlı futbolçunun yanvarda Premyer Liqa klubuna qayıtması ilə bağlı danışıqlara start verilib. Klub rəhbərliyi onun Leypsiqin eyniadlı təmsilçisində kifayət qədər oyun praktikası qazanmamasından narazıdır.

Qeyd edək ki, Karvalyo cari mövsümdə “Leypsiq”də 13 oyun keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0