Miço Kuzmanoviç daha bir mövsüm "Araz-Naxçıvan"da
05.06.2024 - 16:09
Miço Kuzmanoviç daha bir mövsüm "Araz-Naxçıvan"da

“Araz-Naxçıvan” klubu futbolçusu Miço Kuzmanoviçlə yeni müqavilə imzalayıb.

Klubun mətbuat xidmətindən apasport.az-a verilən məlumata görə, Bosniya və Herseqovinadan olan yarımmüdafiəçi qarşıdakı 1 ildə də Naxçıvan təmsilçisinin formasını geyinəcək.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriqes, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Tərlan Əhmədov, Urfan Abbasov, Ömər Buludov və Ülvü İsgəndərovla müqavilə bağlayıb.

writer photo
Əlirza Əlirzalı
0