“Liverpul”u “Barselona”ya dəyişir
22.04.2023 - 12:19
“Liverpul”u “Barselona”ya dəyişir

Roberto Firmino “Barselona”ya keçə bilər.

Apasport.az saytı yerli mətbuata istinadən xəbər verir ki, “Liverpul”un 31 yaşlı hücumçusu yeni mövsümdə Kataloniya təmsilçisində çıxış etmək arzusundadır.

Klubu ilə yayda başa çatacaq müqaviləsini uzatmaq istəməyən braziliyalı forvard karyerasını İspaniyada davam etdirmək istəyir. Futbolçunun nümayəndələrinin “Barselona” rəsmiləri ilə görüşdüyü və müsbət cavab aldıqları da bildirilir. 

Qeyd edək ki, 2015-ci ildən “Liverpul”un şərəfini qoruyan Roberto 360 matçda 109 dəfə fərqlənib.

writer photo
Əlirza Əlirzalı
0