“Liverpul”un əfsanəsi: “Ronaldo Mikki Maus Liqasına getməz”
11.11.2022 - 22:44
“Liverpul”un əfsanəsi: “Ronaldo Mikki Maus Liqasına getməz”

“Liverpul”un əfsanəvi müdafiəçisi Ceymi Karrager “Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldonun qış fasiləsində komandanı tərk etməyəcəyini düşünür.

Apasport.az saytının məlumatına görə, hazırda şərhçi kimi fəaliyyət göstərən Karrager portuqaliyalının ABŞ-a yollanmaq ehtimalını da dəyərləndirib.

Onun fikrincə, 37 yaşlı superulduz MLS-də oynamamalıdır: “Baş məşqçi Ronaldonun problemini inanılmaz dərəcədə yaxşı həll etdi. O, Ronaldonu geri qaytarmaqla öz nüfuzunu göstərdi. Kriştianonun yanvarda getməsi asan görünmür. Məncə, Ronaldo Mikki Maus Liqasına (MLS) yollanmaz. Çünki hələ də çox motivasiyalıdır, Avropada qollar vurmaq, bombardir olmaq və ən yaxşı liqalarda oynamaq istəyir. Kriştianonu MLS və ya Qətərdə görmürəm”.

Qeyd edək ki, bu mövsüm Premyer Liqada keçirdiyi 10 oyunda 1 qol vuran Kriştiano Ronaldonun “Mançester Yunayted”lə müqavilə müddəti gələn ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0