“Real” rekordun iki addımlığında
19.09.2022 - 11:13
“Real” rekordun iki addımlığında

“Real” mövsümün startında ardıcıl 9-cu qələbəsini qazanıb.

Apasport.az saytının məlumatına görə, Karlo Ançelottinin yetirmələri La Liqada “Atletiko”nu 2:1 hesabı ilə məğlub edib.

Madrid derbisindəki qələbəyədək UEFA Superkubokunda bir, Çempionlar Liqasında iki, La Liqada beş dəfə meydana çıxan “Kral klubu” bütün matçlarda qalib gəlib. Bu, 1968-ci ildən sonra ən yaxşı startdır.

“Real” 54 il əvvəl ardıcıl 11 qələbədən ibarət starta imza atıb. Madridliləri həmin rekorddan iki uğurlu matç ayrılır.

Qeyd edək ki, “Real” növbəti matçlarını “Osasuna”, “Şaxtyor” və “Xetafe”yə qarşı keçirəcək.

writer photo
Əlirza Əlirzalı
0