“Liverpul”un gözü “Betis”də
07.11.2023 - 21:48
“Liverpul”un gözü “Betis”də

"Liverpul" "Betis"in yarımmüdafiəçisi Assane Diao ilə maraqlanır.

Apasport.az xəbər verir ki, mersiysaydlılar ön xəttini hücumameylli yarımmüdafiəçi ilə gücləndirmək istəyir. 

Onun transfer dəyəri 26 milyon funt sterlinqdir. Lakin klub oyunçu ilə yeni müqavilə imzalamağı planlaşdırır. Bu halda transferin dəyəri 34,6 milyon funt sterlinq təşkil edəcək.

Qeyd edək ki, 18 yaşlı seneqallı futbolçu cari mövsümdə 14 matça çıxıb, 6 qola imza atıb.

writer photo
Əlirza Əlirzalı
0