“Liverpul”un hücumçusu Superkuboku buraxacaq
16.07.2022 - 15:18
“Liverpul”un hücumçusu Dioqo Jota mövsümöncəsi təlim-məşq toplanışında zədələnib.
Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin üzvü bud nahiyəsindən xəsarət alıb.
Ötən mövsümün sonlarından ağrıları olan 26 yaşlı forvard zədəsini təzələyib. Onun İngiltərə Superkuboku uğrunda “Mançester Siti”yə qarşı matçda iştirakı gözlənilmir.
Qeyd edək ki, “Liverpul” – “Mançester Siti” görüşü iyulun 30-da Lesterdə keçiriləcək.
0
0