"Liverpul"un Salah planı
27.12.2023 - 18:06
"Liverpul"un Salah planı

"Liverpul"un Məhəmməd Salahla bağlı planları bəlli olub.

Apasport.az xəbər verir ki, "qırmızılar" Misir yığmasının hücumçusu ilə müqaviləni 2027-ci ilə qədər uzatmaq istəyir. 

Futbolçunun uğurları alman mütəxəssisi Yürgen Kloppu qane etdiyi üçün forvardın komandada qalmasının tərəfdarıdır. 31 yaşlı futbolçu 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. Onun müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub.

Qeyd edək ki, Salah 19 oyunda 12 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0