“Liverpul”un tarixində 4-cü seriya
01.12.2023 - 13:29
Avropa Liqasında LASK-ı məğlub edən (4:0) “Liverpul” cari mövsümün ilk 10 ev oyununda 10-cu qələbəsini qazanıb.
Apasport.az xəbər verir ki, bu, klubun tarixində bütün yarışlar nəzərə alınmaqla 4-cü dəfə belə seriyadır.
Buna ilk dəfə 1893/1894 mövsümündə (16 qələbə) təsadüf olunub. 1972/1973 (11) və 1985/1986 (13) mövsümlərində də eyni seriya yaşanıb.
Qeyd edək ki, “Liverpul” Avropa Liqasının beş matçında 12 xal toplayıb.
0
0