Lloris "Los Anceles"ə getdi, "Tottenhem" onu unutmadı
01.01.2024 - 10:57
Lloris "Los Anceles"ə getdi, "Tottenhem" onu unutmadı

Təcrübəli qapıçı Uqo Lloris "Los-Anceles"ə keçib.

Apasport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 20-ci turunda "Bornmut"la matçın fasiləsində futbolçu "Tottenhem" stadionuna daxil olub və burada klubdan xatirə mükafatı alıb.

Azarkeşlər çıxışına görə Llorisə təşəkkür ediblər.

Qeyd edək ki, Uqo Lloris 2012-ci ilin avqust ayının sonundan etibarən "Tottenhem"in şərəfini qoruyub. Bu müddət ərzində fransalı "Spurs"un heyətində 444 oyun keçirib, 508 qol buraxıb. 

writer photo
Əlirza Əlirzalı
0