London klubları Brandtı istəyir
04.03.2023 - 22:46
London klubları Brandtı istəyir

Yulian Brandt karyerasını Premyer Liqada davam etdirə bilər.

Apasport.az xəbər verir ki, "Arsenal" və "Tottenhem" Dortmund "Borusiya"sının yarımmüdafiəçisi ilə maraqlanır.

Brandtın Almaniya klubu ilə hazırkı müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatır. Buna görə də ingilis klubları oyunçunun bu yay oyunçu üçün çox pul ödəməli olmayacağına ümid edir.

"Mən əlbəttə ki, müqavilə vəziyyətindən xəbərdaram və biz bu məsələyə çox müsbət və sakit şəkildə yanaşırıq", – deyə "Borusiya"nın idman direktoru Sebastyan Kel deyib.

Qeyd edək ki, Yulian Brandt bu mövsüm "Borusiya"nın heyətində bütün turnirlərdə keçirdiyi 31 oyunda 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0