UEFA Gənclər Liqasında mübarizə aparan “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandası növbəti oyununu keçirəcək.
Apasport.az xəbər verir ki, Çempionlar yolunun I mərhələsində “Puşkaş Akademiya” ilə qarşılaşan təmsilçimiz Macarıstanda keçiriləcək cavab matçına çıxacaq.
Bu gün keçiriləcək görüş “Puşkaş Akademiya Panço Arena”da baş tutacaq. “Qırmızı-qaralar” mərhələ adlamaq üçün mübarizə aparacaq.
Qeyd edək ki, ilk oyun heç-heçə 1:1 hesablı heç-heçə qeydə alınıb.
UEFA Gənclər Liqası
Çempionlar yolu, I mərhələ
18:00. “Puşkaş Akademiya” (Macarıstan) - “Qəbələ” (Azərbaycan)
Baş hakim: Mohammad Usman Aslam (Norveç)
“Puşkaş Akademiya Panço Arena”