Lopeteqi İngiltərə yolunda
04.11.2022 - 14:11
Lopeteqi İngiltərə yolunda

Julen Lopeteqinin işsiz günləri qısa çəkə bilər.

Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssisin İngiltərədə çalışmaq variantı yaranıb.

“Sevilya”dan yenicə istefaya göndərilən 56 yaşlı mütəxəssis “Vulverhempton”un gündəmindədir. Hazırda baş məşqçi axtarışında olan Premyer Liqa təmsilçisi üçün bu posta ilk namizəd məhz Lopeteqidir. Hazırda tərəflər arasında danışıq aparılır.

Qeyd edək ki, hazırda Premyer Liqada 19-cu pillədə qərarlaşan “Vulverhempton”u müvəqqəti olaraq Stiv Deyvis çalışdırır.
 

writer photo
Əlirza Əlirzalı
0