Luis Suares karyerasını MLS-də davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, bunu Uruqvay millisinin hücumçusu özü açıqlayıb.
O bildirib ki, ABŞ-dan bir neçə variantı var: “Hər şeyi təhlil etməliyəm. MLS-də bazar çox mürəkkəbdir. Bəzi klublar sizinlə müqavilə bağlamaq istəyir. Ancaq yanvara qədər gözləmək lazımdır. Digər klublar indi müqavilə bağlamağa hazırdırlar, amma mənə pley-offda zəmanətli yer lazımdır. Qapıları bağlamıram, bütün təklifləri dinləməyə hazıram. Amma fakt budur ki, pley-offa çıxa bilməyən MLS komandaları mövsümü oktyabrın əvvəlində başa vurur. Mənim üçün bu, sərfəli deyil, çünki noyabrın ortalarında dünya çempionatı olacaq. Turnirin başlamasına bir ay qalmış fasilə mənim üçün o qədər də yaxşı deyil”.
Qeyd edək ki, “Atletiko”dan yenicə ayrılan 35 yaşlı forvard hazırda azad agentdir.