AFFA Rəşad Sadıqova xəbərdarlıq etdi
26.08.2022 - 12:45
AFFA Rəşad Sadıqova xəbərdarlıq etdi

AFFA İntizam Komitəsi Misli Premyer Liqasının III turunun “Zirə” – “Sumqayıt” oyunu ilə bağlı qərarlarını açıqlayıb.

Apasport.az saytının məlumatına görə, meydana kənar şəxslər daxil olduğu üçün meydan sahibləri 1600 manat cərimələnib.
 
Bundan başqa, zirəlilərin baş məşqçisi Rəşad Sadıqov hakimlərin işinə nümayişkaranə şəkildə müdaxilə etdiyi üçün ona xəbərdarlıq olunub.

Qeyd edək ki, “Zirə” – “Sumqayıt” oyunu 0:0 hesabı ilə yekunlaşıb.

writer photo
Əlirza Əlirzalı
0