“Əl-Nəssr”in prezidenti Musalli Əl-Müəmmar səmimi etirafı ilə diqqət mərkəzinə düşüb.
Apasport.az saytı xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisinin rəhbəri Kriştiano Ronaldo transferi zamanı aldadıldığını açıqlayıb.
47 yaşlı futbol funksioneri həyatı boyu iki dəfə belə bir vəziyyətə düşdüyünü bildirib: “Birinci dəfə 3 cərgəli kabab sifariş etsəm də, iki cərgəli gətirdilər. İkinci dəfə isə Ronaldonun transferində aldadıldım”.
Qeyd edək ki, bu ilin yanvarında ərəb klubuna transfer olunan 38 yaşlı hücumçu 2,5 illik müqavilə imzalayıb. Portuqaliya millisinin kapitanı bu müddət ərzində vergilər çıxarıldıqdan sonra 500 milyon avro maaş alacaq.