"Turan Tovuz" alban hücumçu transfer etdi
22.01.2023 - 14:26
"Turan Tovuz" alban hücumçu transfer etdi

"Turan Tovuz" yeni hücumçu transfer edib.

Apasport.az xəbər verir ki, albaniyalı hücumçu Belaydi Pusi ilə 6 ay +1 il müddətində rəsmi müqavilə bağlanıb.

Mövsümün sonunda onun çıxışı məşqçilər korpusunu razı salarsa, müqavilənin növbəti 1 illik hissəsi qüvvəyə minəcək.

Qeyd edək ki, “Vlazniya”nın yetirməsi olan 25 yaşlı futbolçu son olaraq Albaniyada “Skenderbeu”nun formasını geyinib. O, cari mövsümdə çıxdığı 12 oyunda 6 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0