Luis Suaresə Almaniyadan təklif
20.07.2022 - 13:45
Luis Suaresə Almaniyadan təklif

Luis Suares karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Apasport.az saytının məlumatına görə, Dortmund “Borussiya”sı azad agent olan 35 yaşlı forvarda təklif göndərib.

Dortmundlular Sebastyan Allenin səhhətində yaranmış problemlə əlaqədar mövsümlərarası fasilədə yeni hücumçu ilə müqavilə imzalamaq niyyətindədir. Rəhbərlik bir neçə variantı nəzərdən keçirir ki, onlardan biri də Suaresdir.

Qeyd edək ki, Uruqvay millisinin üzvü son iki mövsümü “Atletiko”da keçirib.
 

writer photo
Əlirza Əlirzalı
0