“Real”ın yarımmüdafiəçisi Luka Modriç yaşı ilə əlaqədar baş məşqçidən oyun müddətinin azaldılmasını tələb etməyəcək.
Apasport.az saytının məlumatına görə, bunu xorvatiyalı ulduz futbolçu özü açıqlayıb.
37 yaşlı orta sahə oyunçusu bildirib ki, heç bir halda bununla bağlı baş məşqçiyə müraciət etməyəcək: “Yaş fərq etməz. Yaşa baxmaq lazım deyil. Özümü çox yaxşı hiss edirəm və baş məşqçi Karlo Ançelotti ilə dəqiqələri azaltmaq barədə danışmamışam. O bilir ki, oynamağı sevirəm, komandaya özümü ən yaxşı tərəfdən göstərməyə kömək etməyə hazıram. İlin sonunda keçiriləcək dünya çempionatı da heç nəyi dəyişmir. Mənim işim yaxşı məşq keçmək və hər oyunda meydana çıxmağa hazır olmaqdır”.
Qeyd edək ki, Luka Modriç 2012-ci ildən “Real”ın formasını geyinir.