Lukakuya 25 milyonluq təklif
13.06.2023 - 13:31
Lukakuya 25 milyonluq təklif

Belçika millisinin futbolçusu Romelu Lukaku karyerasını Səudiyyə Ərəbistanına davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, “Çelsi”nin hücumçusu danışıqların ikinci mərhələsi üçün Asiya ölkəsinə yollanıb.

Kriştiano Ronaldonun da şərəfini qoruduğu “Əl-Nəsr”lə ilkin razılıq əldə edən Lukakunun keçidinin rəsmiləşəcəyi gözlənilir. 30 yaşlı forvard yeni klubunda mövsümdə 25 milyon avro qazanmaq imkanı əldə edib.

Lakin onun keçidinə “Çelsi” ilə müqaviləsi mane ola bilər. 2026-cı ilədək İngiltərə klubuna bağlı olan futbolçu üçün 50 milyon avro tələb olunur. Ərəblər bu məbləğdə güzəştə nail olmaq arzusundadır.

Qeyd edək ki, Romelu ötən mövsümdə icarə əsasında “İnter”də çıxış edib.

writer photo
Əlirza Əlirzalı
0