Lukakuya Londondan müştəri
11.08.2023 - 14:11
Romelu Lukakunu heyətinə qatmaq istəyən daha bir klubun adı bəlli olub.
Apasport.az saytının məlumatına görə, belçikalı hücumçu İngiltərədə qala bilər.
“Çelsi”nin forvardı Londonun digər təmsilçisi “Tottenhem”in hədəfinə düşüb. Harri Keyni satmağa qərar verən sonuncular hücum xəttinə yeni oyunçun axtarışındadır.
Qeyd edək ki, “Tottenhem” rəhbərliyi “Bavariya” ilə razılığa gəlib və Keynin Münhen təmsilçisinə yollanmasına icazə verib.
0
0