Makaleledən vida - "Çelsi"də istefalar davam edir
28.09.2023 - 13:51
Makaleledən vida - "Çelsi"də istefalar davam edir

Klod Makalele “Çelsi”dən ayrılmağa qərar verib.

Apasport.az saytı xəbər verir ki, London klubunda gənclər üzrə məşqçi və texniki mentor vəzifələrini icra edən 50 yaşlı veteran futbolçu istefa ərizəsini rəhbərliyə təqdim edib.

Fransız məşqçinin niyə bu addımı attığı bəlli deyil. Şaiyələrə görə o, komandanın yeni baş məşqçisi argentinalı Maurisio Poçettino ilə yola getmir. Məhz bu səbəbdən də “zadəganlar”dan ayrılacağı iddia olunur.

Qeyd edək ki, 2008-2011-ci illərdə “Çelsi”nin şərəfini qorumuş Makalele klub karyerasında 807 matça çıxaraq, 24 qol və 28 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0