"Mançester Siti" "Bavariya"nın ulduzunu İSTƏYİR
08.01.2024 - 15:00
"Mançester Siti" "Bavariya"nın ulduzunu İSTƏYİR

Almaniya millisinin və "Bavariya"nın yarımmüdafiəçisi Coşua Kimmix İngiltərə Premyer Liqasının top-klubları arasında marağa səbəb olub.

Apasport.az bu barədə “The Mirror”a istinadla məlumat verir. Mənbə bildirir ki, "Mançester Siti" ulduz yarımmüdafiəçini transfer etməkdə maraqlıdır.

"Siti" futbolçunu yayda almağı planlaşdırır. İngiltərə çempionu Kimmixi almaq üçün təxminən 25 milyon avro ayırmağa hazırdır.

Qeyd edək ki, “Mançester Siti”nin yarımmüdafiəçi uğrunda mübarizədə rəqibləri “Mançester Yunayted” və “Liverpul”dur.
 

writer photo
Əlirza Əlirzalı
0