"Mançester Siti" bombardirsiz qaldı
02.08.2023 - 14:46
"Mançester Siti" bombardirsiz qaldı

“Ayaks” heyətini yeni futbolçu ilə gücləndirib.

Apasport.az saytı xəbər verir ki, Niderland klubu "Mançester Siti"nin gənclər komandasının bombardiri Karlos Borxeslə müqavilə imzalayıb.

19 yaşlı yarımmüdafiəçinin transferi rotterdamlılara 17 milyon funt-sterlinqə başa gəlib. Müqavilədə yer alan bəndə əsasən  “şəhərlilər” oyunçunu geri almaq hüququnu özlərində saxlayıblar.

Qeyd edək ki, Borxes ötən mövsüm İngiltərə gənclər çempionatında 24 oyun keçirib, 21 qol vurub və 11 məhsuldar ötürmə verib. Gənc portuqaliyalı UEFA Gənclər Liqasında 6 (4 qol və 6 məhsuldar ötürmə), İngiltərə Futbol Liqası kuboku uğrunda turnirdə isə 3 matçda (4 qol və 1 assist) iştirak edib.

writer photo
Əlirza Əlirzalı
0