“Mançester Siti” in qapıçısını satdı
24.07.2022 - 00:43
“Mançester Siti” qapıçısı Ariyanet Muriçlə yollarını ayırıb.
Apasport.az saytının məlumatına görə, 23 yaşlı qolkiper karyerasını “Bernli”də davam etdirəcək.
İsveçrəli futbolçu yeni komandası ilə 4 illik müqavilə imzalayıb. Bu keçidin “şəhərlilər”ə təxminən 3 milyon avroluq gəlir gətirdiyi bildirilir.
Qeyd edək ki, Ariyanet Muriç ötən mövsümü icarə əsasında “Adana Demirspor”da keçirib.
0
0