İngiltərə Premyer Liqasında növbəti Mançester derbisi baş tutub.
Apasport.az saytının məlumatına görə, “Mançester Siti” “Mançester Yunayted”i qəbul edib.
Məhsuldar keçən qarşılaşmada 9 qol vurulub. Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə başa çatıb – 6:3.
Hərəyə üç qol vuran Erlinq Haland və Fil Foden “Mançester Yunayted”in darmadağın edilməsində pay sahibi olub. Qonaqların heyətində Antoni və iki dəfə Antoni Marsial fərqlənib.
Qeyd edək ki, 8 oyundan sonra xal hesabını 20-yə çatdıran “Mançester Siti” Premyer Liqada ikincidir. 12 xala malik “Mançester Yunayted” isə altıncıdır.