“Mançester Siti” müdafiəçisini ərəblərə satıb
27.08.2024 - 23:23
“Mançester Siti” müdafiəçisini ərəblərə satıb

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Joao Kanselo Premyer Liqa təmsilçisini tərk edib.

Apasport.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 30 yaşlı müdafiəçi Səudiyyə Ərəbistanının “Əl-Hilal” komandasına transfer olunub.

Portuqaliya millisinin üzvü illik 15 milyon avro maaş qazanacaq. Onun satışı “şəhərlilər”i 25 milyon avro irəli salıb.

Ötən mövsümü icarə əsasında “Barselona”da keçirən Joao 4 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0