“Mançester Siti” onu satır
09.06.2022 - 23:34
“Mançester Siti” onu satır

“Mançester Siti”nin hücumçusu Rahim Sterlinq bu yay komandasını dəyişməyi qərara alıb.

Apasport.az saytının məlumatına görə, buna səbəb futbolçunun “şəhərlilər”də müntəzəm heyətə düşə bilməməsidir.

Premyer Liqa çempionu da onun gedişinə qarşı deyil. Hazırda İngiltərə millisinin üzvü ilə bir neçə klub maraqlanır. Konkret olaraq “Çelsi”, “Real”, “Liverpul”, “Barselona” və “Bavariya” onun mümkün keçidini nəzərdən keçirir. “Mançester Siti” rəhbərliyi 28 yaşlı ön xətt oyunçusunun gedişindən 50-60 milyon funt sterlinq qazanmağı planlaşdırır.

Qeyd edək ki, Rahim Sterlinqin klubu ilə müqavilə müddəti 2023-cü ilin yayına qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0