Fransa klubunun stadionunda porno video çəkilib
15.02.2023 - 00:55
Fransa klubunun stadionunda porno video çəkilib

Fransanın "Nis" klubunun ev oyunlarını keçirdiyi stadionundan pornoqrafik video çəkilməsi üçün istifadə olunub.

Apasport.az xəbər verir ki, hadisə yanvarın 29-da Liqa 1-in XX turunun “Nis” – “Lill” matçı (1:0) zamanı baş verib.

Oyunun keçirildiyi "Alyons Rivyera" stadionunun tualet kabinəsində pornoqrafik video çəkilib. Bu barədə sosial şəbəkələrdə meydan sahibi klubun fanatları məlumat verib.

Klub və stadionu idarə edən "Nice Eco Stadium" şirkəti arenanın imicinə ziyan vurulması ilə bağlı şikayət edib.

writer photo
Əlirza Əlirzalı
0