Hakimi təcavüzdə günahlandırılır – araşdırma başlanıldı
28.02.2023 - 10:06
Hakimi təcavüzdə günahlandırılır – araşdırma başlanıldı

Əşrəf Hakimi təcavüzdə günahlandırılır.

Apasport.az saytı xəbər verir ki, ötən həfətəsonu 23 yaşlı xanım polis şöbəsinə gedərək PSJ-də oynayan mərakeşli müdafiəçi tərəfindən zorakılığa məruz qaldığını deyib.

Fransız xanımın iddialarına baxmayaraq, 24 yaşlı futbolçudan şikayətçi düşməyi rədd edib. Ancaq prokurorluq məsələni nəzarətə götürdüyünü və araşdırmaların başladığını açıqlayıb. 

Qeyd edək ki, Hakimi 2021-ci ildən Fransa klubunun şərəfini qoruyur. Futbolçu davam edən mövsümdə 31 matçda 4 qol və 5 assistlə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0