51 milyonluq qazanc
03.01.2023 - 15:52
51 milyonluq qazanc

Entso Fernandesin “Çelsi”yə keçidindən təkcə “Benfika” deyil, “River Pleyt” də qazanacaq.

Apasport.az saytının məlumatına görə, Argentina klubu 21 yaşlı yarımmüdafiəçinin keçidindən 51 milyon avro əldə edəcək.

“River Pleyt” futbolçunu yetişdirdiyi üçün 33 milyon avro alacaq. Digər 18 milyon isə “Benfika” ödəyəcək.

Portuqaliya klubu 2022-ci ilin yayında Entsonu 10 milyon avro və gələcək transferinin faizi qarşılığında heyətinə qatıb. Bonuslar hesabına transfer məbləği 10 milyondan 14 milyona qədər artıb.

Qeyd edək ki, Fernandes “Çelsi”yə 127 milyona transfer olunacaq.
 

writer photo
Əlirza Əlirzalı
0