“Qarabağ”ın “Bayer”lə oyununa 15 min bilet satıldı
03.11.2023 - 15:58
“Qarabağ”ın “Bayer”lə oyununa 15 min bilet satıldı

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində "Bayer"ə qarşı keçirəcəyi oyunun bilet satışı davam edir.

Apasport.az xəbər verir ki, noyabrın 9-da Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək matça 15 min bilet satılıb.

Matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir. "Qarabağ" – “Bayer” qarşılaşması noyabrın 9-da saat 21:45-də baş tutacaq.

Qeyd edək ki, komandaların Leverkuzendəki görüşündə “Bayer” 5:1 hesablı qələbə qazanıb.

writer photo
Əlirza Əlirzalı
0