"Çelsi" "Aston Villa"nın hücumçusu üçün danışıqlara başlayıb
12.06.2024 - 14:08
"Çelsi" "Aston Villa"nın hücumçusu üçün danışıqlara başlayıb

"Aston Villa"nın hücumçusu Con Duran "Çelsi"nin əsas transfer hədəflərindən birinə çevrilib.

Apasport.az xəbər verir ki, London klubu hələ yanvar ayında kolumbiyalıya maraq göstərsə də, 20 yaşlı futbolçunu ala bilməyib.

İnsayder Fabrizio Romanonun sözlərinə görə, "mavilər" yenidən "Aston Villa" ilə danışıqlar aparıb.

İtaliya A Seriyasının klubları da forvardla maraqlanır, lakin futbolçu “Çelsi”yə keçmək variantına üstünlük verir. 

 

writer photo
Əlirza Əlirzalı
0