"Arsenal"ın qapıçısı Aaron Ramsdeyli vuran "Tottenhem" azarkeşi günahını etiraf edib.
Apasport.az xəbər verir ki, İngiltərə Premyer Liqasının XX turu çərçivəsində keçirilən "Tottenhem" – "Arsenal" matçının sonunda (0:2) meydan sahibi azarkeşlərdən biri olan Cozef Vots "topçular"ın qapıçısını ayağı ilə təpikləyib, bundan sonra qaçıb.
Bu gün 35 yaşlı pab işçisi olan Vots məhkəmə qarşısına çıxıb. Vots qapıçıya hücumda, özünə aid olmayan sahəyə girməkdə və meydançaya əşyalar atdığını etiraf edib.
Məhkəmənin qərarı ilə "Tottenhem" azarkeşi 12 aylıq ictimai işə məhkum edilib, Ramsdeylə 100 funt sterlinq təzminat ödəməyə məcbur edilib və 150 saatlıq ödənişsiz iş görməsi barədə əmr çıxarılıb. Onun həmçinin futbol matçlarında iştirak etməsinə 4 il müddətinə qadağa qoyulub.