Neymar məşqlərə başladı
16.02.2024 - 14:18
“Əl-Hilal”ın futbolçusu Neymar artıq fərdi məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
32 yaşlı hücumçu kollektivdən ayrı hazırlıq keçib. Məlumata görə o, hələ bir müddət fərdi məşqlərlə kifayətlənəcək.
Neymar 2023-cü ilin oktyabrında dizinin ön çarpaz bağından zədə alıb.
Qeyd edək ki, futbolçu bu mövsüm komandanın heyətində 5 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.
0
0