“Mançester Siti” Sterlinqi satdı
06.07.2022 - 17:49
“Mançester Siti” Sterlinqi satdı

“Mançester Siti” hücumçusu Rahim Sterlinqi satıb.

Apasport.az saytının məlumatına görə, 28 yaşlı futbolçu yeni mövsümdən “Çelsi”nin formasını geyinəcək.

Çünki tərəflər arasında transfer danışığı müsbət yekunlaşıb. “Zadəganlar” bu keçid müqabilində “şəhərlilər”ə 45 milyon funt sterlinq ödəyəcək. Premyer Liqa çempionu daha 10 milyon avro bonus kimi əldə edə bilər. Hazırda transferin son detalları dəqiqləşdirilir.

“Çelsi”nin bütün şərtləri ilə razılaşan 27 yaşlı futbolçu komandanın mövsümöncəsi ABŞ turnesində düşərgədə olacaq.
 

writer photo
Əlirza Əlirzalı
0