“Mançester Siti” Verrattiyə elçi düşdü
23.05.2023 - 18:33
“Mançester Siti” Verrattiyə elçi düşdü

PSJ-nin futbolçusu Marko Verratti “Mançester Siti”nin maraq dairəsinə düşüb.

Apasport.az saytının məlumatına görə, İngiltərə çempionu italiyalı yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir.

Verrattinin Fransa klubundan getmək istəməsi Mançester təmsilçisində maraq oyadıb. Markonun xidmətində “Real” da maraqlıdır.

Qeyd edək ki, italiyalı 2012-ci ilin yayından PSJ-nin formasını geyinir. Onun müqaviləsi 2025/26 mövsümünün sonunda başa çatacaq.

writer photo
Əlirza Əlirzalı
0