MMA döyüşçülərimiz dünya çempionatında medallar qazanıblar
14.08.2024 - 16:17
MMA döyüşçülərimiz dünya çempionatında medallar qazanıblar

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə IMMAF (International Mixed Martial Arts Federation) tərəfindən təşkil olunan yeniyetmələr arasında qarışıq təkbətək döyüş növü - MMA üzrə dünya çempionatı keçirilib.

Apasport.az xəbər verir ki, turnirdə 54 ölkədən 900-dən çox idmançı mübarizə aparıb. Dünya birinciliyində ölkəmizi 21 idmançı, 7 beynəlxalq lisenziyalı məşqçi və 2 beynəlxalq dərəcəli hakim təmsil edib.

Azərbaycan komandasının heyətində Kənan Quluzadə (12-13 yaş kateqoriyası, 37 kq), Esmira Bayramova (12-13 yaş kateqoriyası, 57 kq) və Cəfərsadiq Mirzəyev (16-17 yaş kateqoriyası, 61,2 kq) fəxri kürsünün üçüncü pilləsinə qalxıb. Ayan Sonayeva (12-13 yaş kateqoriyası, 52 kq) yalnız finalda uduzmaqla yarışı gümüş medalla başa vurub.

Xatırladaq ki, IMMAF dünyanın ən nüfuzlu MMA təşkilatlarından biridir. Azərbaycanda İMMAF yalnız Azərbaycan MMA Federasiyasını rəsmi mümayəndəsi kimi tanıyır.

writer photo
Əlirza Əlirzalı
0