"Mançester Siti"də müqavilə imzalandı
16.03.2023 - 22:19
"Mançester Siti"də müqavilə imzalandı

Xulian Alvares "Mançester Siti" ilə müqaviləsinin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, klub argentinalı hücumçu ilə yeni müqavilə bağladığını açıqlayıb. Yeni müqavilədə müddət 2028-ci ilədəkdir.

Qeyd edək ki, Xulian Alvares bu mövsüm "River Pleyt"dən "Mançester Siti"yə keçib. İngiltərə komandasının heyətində bütün yarışlarda 33 oyun keçirib, 10 qol vurub və 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0