"Bavariya" "Bayer"in əsas müdafiəçisi ilə anlaşıb
19.09.2024 - 13:39
Almaniya millisinin və "Bayer"in mərkəz müdafiəçisi Conatan Ta karyerasını "Bavariya"da davam etdirə bilər.
Apasport.az xəbər verir ki, Münhen klubunun nümayəndələri futbolçu ilə danışıqlar aparıb.
Futbolçuya ildə 9 milyon avro maaş vəd edilib. 20 yaşlı müdafiəçisi bundan əlavə 3 milyon bonus alacaq.
"Bavariya" futbolçu ilə anlaşıb. Lakin "Bayer"lə razılıq əldə olunmayıb.
28 yaşlı müdafiəçinin "Bayer"lə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Onun bazar dəyəri 30 milyon avro olaraq qiymətləndirilir.
0
0