“Tottenhem” onu baş məşqçi gətirir
22.05.2023 - 21:59
“Tottenhem” onu baş məşqçi gətirir

“Feyenoord”un baş məşqçisi Arne Sloot İngiltərəyə köçməyə hazırlaşır.

Apasport.az saytı xəbər verir ki, komandanı bu mövsüm Niderland çempionluğuna daşıyan 44 yaşlı mütəxəssis “Tottenhem”in sükanı arxasına keçməyə razılıq verib.

Hər iki tərəfin təmsilçiləri arasında ilk görüşün baş tutduğu və ilkin razılıq əldə etdiyi bildirilir.

“Feyenoord” klubu baş məşqçi ilə yolları ayırmaq istəməsə də, ingilislərin Slootun müqaviləsindəki 6 milyon avro sərbəst qalma məbləğini ödəyəcəyi vurğulanır.

writer photo
Əlirza Əlirzalı
0