“Mançester Siti”də Qvardiola ilə yeni müqavilə hazırlığı
22.11.2022 - 17:41
“Mançester Siti”də Qvardiola ilə yeni müqavilə hazırlığı

“Mançester Siti” baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalamağa yaxındır.

Apasport.az saytının məlumatına görə, bunu tanınmış insayder Fabrizio Romano yayıb.

Onun sözlərinə görə, Premyer Liqa təmsilçisi ispaniyalı mütəxəssislə 2025-ci ilə qədər nəzərdə tutulan yeni sözləşməyə hazırlaşır. Təklif bir neçə ay əvvəl edilib və danışıq indi yekunlaşır. 51 yaşlı çalışdırıcı komandada transfer strategiyası və müqavilələrlə birbaşa məşğul olacaq.

Qeyd edək ki, 2016-cı ildən İngiltərə klubuna rəhbərlik edən Pep Qvardiolanın hazırkı anlaşması mövsümün sonuna qədərdir.
 

writer photo
Əlirza Əlirzalı
0