“Mançester Siti”nin 60 milyonluq təklifi rədd edildi
18.05.2022 - 14:58
“Mançester Siti”nin 60 milyonluq təklifi rədd edildi

“Mançester Siti” “İnter”in müdafiəçisi Alessandro Bastonini transfer etmək niyyətindədir.

Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in bu keçid üçün ilk cəhdi uğursuz alınıb.

Premyer Liqanın lideri 23 yaşlı oyunçu müqabilində italiyalılara 60 milyon avro təklif edib. Lakin “neradzurra” məsələni müzakirəyə çıxarmadan rədd cavabı verib. “İnter” oyunçusunu saxlamaq fikrindədir. Ancaq ingilislərin məbləği artırması rəhbərliyin qərarını dəyişə bilər.

Qeyd edək ki, Alessandro Bastoni 2017-ci ildən “İnter”in formasını geyinir.

writer photo
Əlirza Əlirzalı
0