"Mançester Yunayted" gənc futbolçu üçün 85 milyon avro təklif edir
09.06.2024 - 13:00
"Mançester Yunayted" gənc futbolçu üçün 85 milyon avro təklif edir

"Benfika"nın yarımmüdafiəçisi Joao Neveş karyerasını İngiltərə Premyer Liqasında davam etdirməyə yaxındır.

Apasport.az xəbər verir ki, "Mançester Yunayted" 19 yaşlı futbolçunu transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar" gənc oyunçu üçün 75 milyon avro təzminat və 10 milyon avro bonus ödəməyə hazırdır.

Qeyd edək ki, Joao Neveş "Benfika"nın yetirməsidir. Portuqaliya millisinin üzvü başa çatan mövsümdə Lissabon təmsilçisinin heyətində meydana çıxdığı 55 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0