"Mançester Yunayted" "Kristal Palas"ın futbolçusu ilə maraqlanır
01.06.2024 - 20:34
"Mançester Yunayted" "Kristal Palas"ın futbolçusu ilə maraqlanır

Premyer Liqa təmsilçilərindən "Mançester Yunayted" yeni mövsüm üçün hücum xəttini gücləndirməyi planlaşdırır.

Apasport.az xəbər verir ki, "Kristal Palas"da çıxış edən Maykl Oliseni transfer etmək istəyir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

"Qırmızı şeytanlar" qısa zaman ərzində transferdə əsas hədəfi olan 22 yaşlı vinger üçün onun klubuna rəsmi təkliflə müraciət edəcək.

Qeyd edək ki, "Kristal Palas" Maykl Oliseni 2021-ci ilin yayında "Ridinq"dən transfer edib. Fransalı futbolçu bu mövsüm Şimali London təmsilçisinin heyətində meydana çıxdığı 19 rəsmi matçda 10 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0