“Mançester Yunayted” niderlandlı müdafiəçidən əl çəkmir
10.04.2023 - 21:22
“Mançester Yunayted” niderlandlı müdafiəçidən əl çəkmir

“Mançester Yunayted” Denzel Dumfrisin transfer etməyi planlaşdırır.

Apasport.az saytının məlumatına görə, “İnter”in 27 yaşlı müdafiəçisini ötən yay heyətinə qata bilməyən İngiltərə təmsilçisi bu keçidi mövsümlərarası dövrdə reallaşdırmaq istəyir.

Niderlandlı baş məşqçi Erik Ten Haq həmyerlisini sərəncamında görmək arzusundadır. İtaliya klubu onun üçün 40 milyon avro tələb edir.

Qeyd edək ki, Dumfris cari mövsüm A seriyasında 26 oyunda 1 qol və 3 asssitə imza atıb.

writer photo
Əlirza Əlirzalı
0