“Mançester Yunayted”də ayrılıq
15.11.2023 - 22:56
“Mançester Yunayted”də ayrılıq

Riçard Arnold 16 il sonra “Mançester Yunayted”dən ayrılır.

Apasport.az xəbər verir ki, bunu klubun icraçı direktorlarından biri olan Riçard Arnoldun özü açıqlayıb.

O, komandaya təşəkkür edib və uğurlar arzulayıb: “Bu böyük futbol klubuna xidmət etmək inanılmaz bir hiss oldu. Həm yüksəklər, həm aşağılar daimi əməkdaşlarımızın və azarkeşlərimizin fədakarlığı ilə olub. Onların hamısına sədaqət və bağlılıqlarına görə təşəkkür edirəm. Klubla əlaqəli olan hər kəsə gələcək üçün ən yaxşısını arzu edirəm”.

Qeyd edək ki, Riçard klubun 25% payına sahib idi.
 

writer photo
Əlirza Əlirzalı
0