Kristensen "Barselona"nın 300-cü "El-Klassiko" qolunu vurdu
22.04.2024 - 13:10
Kristensen "Barselona"nın 300-cü "El-Klassiko" qolunu vurdu

İspaniya çempionatının 32-ci turunda “Real” “Barselona” ilə qarşılaşıb.

Apasport.az xəbər verir ki, Kataloniya klubunun ilk qolunu danimarkalı müdafiəçi Andreas Kristensen vurub.

Bu, onun yubiley qolu olub. Bununla "Barselona” “Real Madrid”lə qarşılaşmarda 300-cü qola çatıb.

Qeyd edək ki, matç “Santyaqo Bernabeu” stadionunda baş tutub və “Real”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu uğurdan sonra Madrid nəhəngi 81 xal toplayıb və ən yaxın rəqibini 11 xal qabaqlayır.

writer photo
Əlirza Əlirzalı
0